Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/08/2024

Paylaşın

XƏBƏRLƏR

Bu gün müstəqillik aktı ilə bağlı qanunun müzakirəyə çıxarıldığı gündür

Ötən əsrin 80- ci illərinin sonunda “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə istiqlal mücadiləsinə, haqq davasına qalxan Azərbaycan xalqı üzləşdiyi 20 Yanvar dəhşətlərinə baxmayaraq, Çəmbərəkənddə Kirovun, Lenin meydanında Leninin abidəsini yerlə bir edib aşırmaqla quruluşun, zamanın üstünə yeridi. 70 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamağı üstün tutdu. Şəhidlərin al qanı ilə tarix yazıb ölkənin mizanını, düzənini dəyişdi. “İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram, azadlığın zəncirini qıram gərək, qıram!” deyib müstəqilliyi milli sərvətə çevirdi.
1991- ci il oktyabrın 8- də Ali Sovetin növbədənkənar çağrılan sessiyasında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarıldı. Ali Sovetin üzvlərinin gərgin müzakirəsindən sonra Müstəqillik haqqında qanunun – Konstitusiya Aktının qəbul olunması qərara alındı. Oktyabrın 8- də müzakirəyə çıxarılıb 18- də qəbul edilən Konstitusiya Aktı ilə ölkəmiz əbədi İstiqlala qovuşdu. Bu taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan sonra imperiyalar arasında bölünən, Şura hökumətinin gəlişi ilə Cümhuriyyət sevdası, İstiqlalı əlindən alınan Vətən tarixinin ən parlaq səhifəsi belə yazıldı. Bu həm də milli məfkurədən milli dövlətçiliyə yol gələn, Şərqin ilk Demokratik Cümhuriyyətini quran Fədailərin yarımçıq arzularının gerçəyə çevrildiyi gün idi.
Adı tarixə belə həkk olunacaqdı: Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü! O günün qürurunu, vüqarını xalqla birgə yaşıyan Ulu öndər Heydər Əliyev artıq aforizmə çevrilən kəlamını ona ad edəcəkdi: Azərbaycanın müstəqillyi daimidir, əbədidir, dönməzdir!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən il "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin gəlirləri 59,2 milyon manat təşkil edib.

Ən son

GÜNDƏM

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.

GÜNDƏM

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin