Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/03/2026

Paylaşın

GÜNDƏM

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

IMG-20260703-WA0028

Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.

Bu barədə Baki-baku.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Loqonun əsas ideyası Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasından ilhamlanır.

Dizaynda istifadə olunan alov elementi ölkəmizin simvolunu əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmini və qələbə ruhunu vizual şəkildə ifadə edir.

Loqonun rəng həlli dizayna müasirlik, dinamika və vizual dərinlik əlavə edir. Ümumi vizual dil isə dünya çempionatının beynəlxalq miqyasını, nüfuzunu və cüdonun enerjisini ön plana çıxarır.

Rəsmi loqo Bakı-2026 dünya çempionatının vizual kimliyinin əsas elementlərindən biridir. O, qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında və tanıtım kampaniyasında istifadə olunacaq.

Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yəqin ki, elə bir tamaşaçı tapılmaz ki, heç olmasa bir dəfə başqa bir zamana düşməyi arzulamasın. Uşaqlar gələcəyi

Ən son

GÜNDƏM

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell

GÜNDƏM

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin