Bu möhtəşəm memarlıq abidəsinin tarixini, üslubunu və şəhər mədəniyyətindəki yerini müzakirə etmək üçün qonağımız memar-arxitektor Nigar Seyiddir/
Rəssam Anar Hüseynzadə ilə sənət, dərinlik, səmimiyyət və təbii ki, Bakı barədə olduqca maraqlı söhbətimiz oldu.
“Nifrət edirəm sənə – sevdiyim şəhər!”
Bu sözləri Baki-baku.az-a müsahibəsində rəssam Anar Hüseynzadə deyib.
Rəssam deyir ki, Bakı həmişə necə vardısa, elə elədir. Dəyişən mənəm. Mən dəyişdikcə də, Bakı da əsərlərimdə dəyişib. Gənc olanda insan böyük problemləri olsa da pozitiv olur. Ona görə də həmin illərdə Bakı da rəsmlərimdə pozitiv idi, rənglərim də pozitiv idi.
Ötən gün rəssam Zöhrab Salamzadə ilə Bakı ilə bağlı söhbətləşdik. Bakının onun üçün necə mifik, sirli və dərin məna daşıdığından danışdı bizə. Söhbətimizi sizə təqdim edirik, əlavə olaraq müsahibəni sosial media hesablarımızdan video formatında da izləyə bilərsiniz.
Neyro-müxtəlifliyi olan uşaqlar barəsində 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin sədri, Birgə və Sağlam İctimai Birliyinin sədri, autizm spektr pozuntusu olan gəncin anası, daun sindromlu övladı olan yazıçı danışdılar. Ölkəmizdə və Bakıda atipik uşaqların hansı imtiyazları olduğun müzakirə etdik.
Nəzakət İsayeva: “Azərbaycanın Qırmızı Kitabına düşmüş nadir heyvanların zooparkda çoxaldılması və daha sonra təbii areallarına buraxılması bizim əsas məqsədlərimizdəndir.”
BakıBaku podcastının yeni buraxılışı Bakı Zooloji Parkında fərqli bir formatda keçdi. Qonağımız, parkın icraçı direktoru Nəzakət İsayeva ilə təbiətdə maraqlı bir söhbət etdik. Müsahibə zamanı heyvanların gündəlik rejimindən və qida rasionundan bəhs etdik, ziyarətçilərin davranışlarına dair tövsiyələri müzakirə etdik və inkişaf etməkdə olan interaktiv xidmətlər barədə maraqlı məlumatlar aldıq.
Bu səfər podkastımızın qonağı İlya Məmmədova oldu. Abşeronda yay istirahəti, uşaqlıq xatirələri, ailəvi naharlar, ənənələr və daha nələr… Bir sözlə, gözəl söhbət etdik.
Siz də baxın, nostalji hissi yaşayın və rəylərinizi bildirin!
Bu buraxılışda tanınmış fotoqraf Reza Deghati Bakı haqqında unudulmaz xatirələrini paylaşır. O, şəhərin transformasiyası, zəngin ziyalı irsi və 1990-cı il 20 Yanvar hadisələrini lentə alarkən yaşadığı unudulmaz təcrübələri xatırlayır. Reza, ikonok fotolarının arxasındakı hekayələri və fərqli rakurslardan Bakını necə gördüyünü bizimlə bölüşür.