Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2026

Paylaşın

HƏR ŞEYDƏN

Pilotlar niyə uçuş zamanı fərqli yeməklərlə qidalanırlar?

Pilot

Təyyarədə sərnişinlərə yemək paylanır. Kimsə toyuq, kimsə balıq, digəri isə tərəvəzli yemək seçir. Pilotlar da istisna deyil. Amma onların yemək seçimində çoxlarının bilmədiyi maraqlı bir məqam var. Bəzi aviaşirkətlərdə pilotlara eyni yeməyi yeməmək tövsiyə olunur.

İlk baxışdan qəribə görünür. Axı eyni təyyarəni idarə edən iki nəfərin eyni yeməyi seçməsində nə problem ola bilər?

Sən demə, səbəb qida zəhərlənməsi ehtimalıdır.

Təsəvvür edin ki, hər iki pilot eyni yeməkdən yeyib və həmin yemək xarab çıxıb. Bir müddət sonra hər ikisinin halı pisləşir. Üstəlik, bütün bunlar təyyarə on min metr yüksəklikdə olarkən baş verir. Belə vəziyyətdə təyyarəni kim idarə edəcək?

Məhz bu ehtimalın qarşısını almaq üçün bəzi aviaşirkətlərdə pilotların fərqli yeməklər seçməsinə üstünlük verilir. Hətta onların ayrı-ayrı vaxtlarda nahar etməsi də tövsiyə oluna bilər.

Əlbəttə, bu, bütün dünyada məcburi qayda deyil. Hər aviaşirkət məsələyə öz təhlükəsizlik qaydalarına uyğun yanaşır.

Deməli, pilotlardan biri toyuq, digəri balıq sifariş edirsə, bunun səbəbi heç də həmişə onların fərqli zövqləri olmur. Bəzən yüzlərlə insanın həyatının xilası belə kiçik görünən təhlükəsizlik tədbirlərindən də asılı olur.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Okeanın ən maraqlı xüsusiyyətlərindən biri də səsin burada çox böyük məsafələrə yayıla bilməsidir.

Ən son

HƏR ŞEYDƏN

Bəzi aviaşirkətlərdə pilotlara eyni yeməyi yeməmək tövsiyə olunur.

HƏR ŞEYDƏN

Bəzi aviaşirkətlərdə pilotlara eyni yeməyi yeməmək tövsiyə olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin