Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2026

Paylaşın

GÜNDƏM

Bakı Zooloji Parkında uşaqlar üçün növbəti əyləncəli gün təşkil edib

Bakı Zooloji Parkı və Bakı Abadlıq Xidməti uşaqlarda canlı təbiətə marağı artırmaq, onlarda heyvanlar aləminə sevgi və qayğı hissini gücləndirmək məqsədilə Bakı Zooloji Parkında növbəti maraqlı əyləncə proqramı keçirib.
Baki-baku.az xəbər verir ki, bu cür tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtını səmərəli və maraqlı təşkil etmək, təbiətə və heyvanlar aləminə maraq oyatmaq, eyni zamanda əylənərək öyrənmələri üçün şərait yaratmaqdır.
Şənlik boyunca uşaqların əyləncəli və yaddaqalan gün keçirməsi üçün zəngin proqram hazırlanıb. Zooloji Parkın müxtəlif guşələrində təşkil olunan oyunlar və müsabiqələr ziyarətçilərin böyük marağına səbəb olub. Sehrbazların çıxışları, maskotların iştirakı və interaktiv viktorinalar tədbirə rəng qatıb, uşaqlara sevincli anlar yaşadıb.
Tədbir çərçivəsində uşaqlara yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı da yaradılıb. Onlar təbii materiallardan oyuncaqların hazırlanması, bitki əkimi və üz boyama kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.
Təbiətə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq və heyvanlara qarşı mərhəmət hissini aşılamaq məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək fürsəti də verilib.
Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva bildirib ki, müasir zamanda valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların əyləncəsinin səmərəli təşkilidir: “Bu məqsədlə Bakı Abadlıq Xidməti Bakı Zooloji Parkında uşaqlarda təbiətə sevgini aşılamaq üçün əyləncəli proqramlar həyata keçirir”.
Layihə çərçivəsində Bakı Zooloji Parkında hər ay uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq. Tədbirlərlə bağlı elanlar Bakı Zooloji Parkının rəsmi sosial media səhifəsində paylaşılacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Onların arasında Porfirio Rubirosa adlı dominikanlı diplomat xüsusi yer tuturdu.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu cür tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtını səmərəli və maraqlı

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu cür tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtını səmərəli və maraqlı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin