Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2026

Paylaşın

GÜNDƏM

“Qələbə” dairəsində yeni svetoforlar quraşdırıldı – sıxlıq aradan qaldırıldı

IMG-20261118-WA0014

Həsən bəy Zərdabi prospekti, “Qələbə” dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.

Qeyd olunub ki, mövcud vəziyyət nəzərə alınaraq, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.

Nəticədə piyada keçidinin svetoforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd “L” və “A” tipli olmaqla piyada və nəqliyyat bölməli işıqforlar quraşdırılaraq istifadəyə verilib.

Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baki-baku.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda zərər alan dayanacaqlarla bağlı tədbirlər görülür.

Ən son

GÜNDƏM

Həsən bəy Zərdabi prospekti, “Qələbə” dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan

GÜNDƏM

Həsən bəy Zərdabi prospekti, “Qələbə” dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin