Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2026

Paylaşın

GÜNDƏM

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Elmi-Tədqiqat Pediatriya İnstitutu

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.

Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. Burada uşaqların müalicə-profilaktikası ilə yanaşı, pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi tədqiqatların aparılması, mövcud tibb təhsilinin təkmilləşdirilməsi həyata keçirilir. İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi və bir çox paraklinik bölmələr var. Yenidoğulanların 60 çarpayılıq reanimasiyası və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.

Birinci vitse-prezident və qızları ziyarət zamanı institutda yaradılmış şəraitlə tanış olublar. Həmçinin gələcəkdə fəaliyyətin təkmilləşdirilməsi üçün instituta avadanlıqlar – süni ventilyasiya aparatları hədiyyə edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq

GÜNDƏM

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin