Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/27/2026

Paylaşın

HƏR ŞEYDƏN

Qədimdə venesiyalılar içməli suyu necə əldə edirdilər?

Venesiyanın köhnə meydanlarında bəzəkli daş quyular bu gün də gözə dəyir. Əsrlər əvvəl şəhər sakinləri vedrələrini kəndirlə bu quyulara endirib evlərinə içməli su aparırdılar. Venesiyanı əhatə edən sular şor olduğundan şəhərin əsas içməli su mənbələrindən biri yağış suyu idi.

Yağış suyunu toplamaq üçün ustalar meydanların altında xüsusi anbarlar qururdular. Əvvəlcə geniş çala qazır, dibini və divarlarını qalın gil qatı ilə örtürdülər. Gil ətrafdakı şor suyun anbara sızmasının qarşısını alırdı. Sonra çalanın ortasında kərpicdən quyu hörür, ətrafında qalan boşluğu qumla doldururdular.

Yağış yağanda su meydanın daş döşəməsindəki dəliklərdən anbara axırdı. Orada qum qatından süzülüb durulur, sonra kərpiclərin arasından sızaraq quyuda toplanırdı. Quraqlıq vaxtı isə qayıqçılar Brenta çayından xüsusi yük qayıqları ilə şirin su gətirib anbarlara boşaldırdılar.

1884-cü ildə materikdən çəkilən kəmərlə Venesiyaya içməli su gəlməyə başladı. Sakinlər bundan sonra da bir neçə onillik ərzində su dalınca meydana gedirdilər. Zamanla venesiyalıların gündəlik həyatının bir parçası olan bu vərdiş də tarixə qovuşdu.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək

Ən son

HƏR ŞEYDƏN

1860-cı ildə amerikalı heykəltəraş Leonard Volk Avraam Linkolnun büstünü hazırlamaq istəyirdi. Gələcək prezidentin isə tez-tez

HƏR ŞEYDƏN

1860-cı ildə amerikalı heykəltəraş Leonard Volk Avraam Linkolnun büstünü hazırlamaq istəyirdi. Gələcək prezidentin isə tez-tez
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin