Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2026

Paylaşın

GÜNDƏM

Laçın Şəhəri Günündə “Qızıl Palıd Budağı” həyəcanı: Qaliblər mükafatlandırıldı

IMG-20260828-WA0018

Laçın şəhərində 3 gün davam edən Beynəlxalq Film Festivalı (LİFF) başa çatıb. Festivalın rəsmi bağlanış mərasimi Laçın Şəhəri Günü münasibətilə təşkil olunmuş təntənəli tədbirlər proqramı çərçivəsində keçirilib.

Baki-baku.az xəbər verir ki, bağlanış mərasimi zamanı festivalın qalibləri – 5 yerli və 2 xarici rejissor “Qızıl Palıd Budağı” mükafatı ilə təltif ediliblər.

İlk mükafat Laçın Beynəlxalq Film Festivalına töhfəsinə görə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova verilib.

Cəmiyyətin aktual problemlərinin kino dili ilə ifadəsinə görə təltif olunan rejissor Elvin Rüstəmzadəyə mükafatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin baş direktoru Rəşad Əzizov təqdim edib.

“Ən yaxşı bədii film” nominasiyasında İlkin Umarov (“Hasarlar arxasında”), “Ən yaxşı sənədli film” nominasiyasında Elşad Ərşadoğlu (“İşığa doğru”) qalib gəliblər.

Kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə Şamil Süleymanlı mükafata layiq görülüb.

Fransalı rejissor Jan-Mari Vilnöv (Ən yaxşı qısa film) və qırğızıstanlı Toktobek Usonov (Münsiflərin xüsusi mükafatı) da vətənlərinə mükafatla qayıdıblar.

Qeyd edək ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunmuşdu. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək, nümayiş olunub. O cümlədən, Özbəkistanda istehsal edilmiş “Əmir Teymur” filminin (rejissor Ceykob Şvarts) xüsusi Qarabağ premyerası keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bağlanış mərasimi zamanı festivalın qalibləri - 5 yerli və 2 xarici

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bağlanış mərasimi zamanı festivalın qalibləri - 5 yerli və 2 xarici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin