“Kontakt Home” mağazalar şəbəkəsini idarə edən “ABC-Telecom” MMC-yə qarşı HOFFMANN əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar maliyyə sanksiyası tətbiq edilib.
Baki-baku.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkətlə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə işə yenidən baxılması yekunlaşıb.
İşə Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə yenidən baxılıb.
Yekunda “ABC-Telecom”a yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə bu hallara təkrar yol verilməməsi barədə müvafiq göstəriş verilib. Bununla yanaşı, şirkətə maliyyə sanksiyası ilə üzləşib.