Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2026

Paylaşın

GÜNDƏM

Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışların leysan xarakterli və intensiv olacağı gözlənilir.

Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib:

“Sürücülərdən hava şəraitini və yolun vəziyyətini nəzərə alaraq, nəqliyyat vasitələrini idarə edərkən xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağıntılı və görmə məsafəsinin məhdud olduğu şəraitdə sürət həddi aşağı salınmalı, nəqliyyat vasitələri arasında ara məsafəsi artırılmalı, qəfil manevrlərdən və kəskin tormozlamalardan çəkinilməli, avtomobilin işıq cihazlarından düzgün istifadə edilməlidir.

Eyni zamanda, piyadalardan da yollarda xüsusilə diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Yağışlı havada görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin dayanma məsafəsinin artmasına səbəb ola bilər. Bu səbəbdən piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalı və keçid zamanı diqqəti yayındıran cihazlardan istifadə etməməlidirlər.

Bir daha yol hərəkəti iştirakçılarını gözlənilən əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırırıq”, – deyə müraciət edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib:

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib:
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin