Bu gün Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılır. Bununla əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunur. Nərimanov RETSİ-yə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 13:00-dək enerjinin verilişində fasilə yaranıb.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.