Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2026

Paylaşın

GÜNDƏM

Bakının bəzi ərazilərində işıq kəsiləcək

IMG-20260828-WA0005

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş və yenidənqurma işləri aparılacaq.

“Azərişıq” ASC-dən Baki-baku.az-a bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı və Yəhya Bakuvi küçələrinin bəzi hissələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Saat 10:00-dan 16:00-dək Suraxanı rayonunun Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsində də elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq “Asfaltzavod” hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun sağ və sol hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.

Ən son

GÜNDƏM

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın

GÜNDƏM

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin