Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/18/2026

Paylaşın

Mədəniyyət

Badi və Kubənin sərgüzəştləri – Xalça yumağın sehri

Badi və Kubənin sərgüzəştləri

Qızmar Bakı səhəri idi. Gün hələ təzəcə doğmuşdu, amma elə bil günorta istisi çoxdan şəhərin üstünə enmişdi.

Damların üstünə çəkilmiş qır günəşin altında sanki indicə qaynayıb, əriyib küçələrə axacaq təəssüratı yaradırdı.

Hava hələ durğun idi, amma uzaqdan gələn dəniz qoxusu şəhəri bürümüşdü.

Bakının köhnə məhəllələrindən birində yay səhərləri həmişə belə açılardı.

Hər evdən bir səs gələrdi. Bir tərəfdə samovarın qapağı cingildəyər, bir tərəfdə vedrənin dəmir sapı daşa dəyərdi.

Hansısa pəncərədən radionun boğuq səsi eşidilər, hansısa qapının ağzında qonşular günün ilk söhbətinə başlayar – dünən baş verənləri müzakirə edərdilər.

Bu həyətdə altı ailə yaşayırdı. Altı ailənin altı ayrı qapısı vardı, amma heç kimin ağlına gəlməzdi ki, onlar ayrı yaşayırlar. Sanki qonşuların hamısı bir böyük evin sakini idi. Sevincləri də ortaq idi, dərdləri də. Gün ərzində həyət onların ümumi evinə çevrilər, yalnız axşam düşəndə hər kəs öz balaca dünyasına çəkilərdi.

Yay gələndə isə bu həyat tamam başqa rəng alardı.

Elə bil həyətin damarlarında qan daha sürətlə axmağa başlayardı. Yayın gəlişini ilk hiss edənlər qadınlar olardı.

Onlar üçün yay qışa hazırlıq, təmizlik işləri, yır-yığış – qısası, bütöv bir mərasim idi.

Hər səhər bir qonşunun xalı-xalçası evdən çıxarılardı. Qış boyu otaqları isidən, uşaqların üstündə böyüdüyü, qonaqların ayaq basdığı al-əlvan xalçalar həyətin ortasına sərilərdi. Bir anda həyət rənglər dənizinə çevrilərdi.

Qırmızı güllər, mavi naxışlar, sarı ilmələr günəşin altında sanki yenidən canlanardı. Sonra iş başlayardı.

Vedrələr dolardı. Sabun qoxusu bütün həyətə yayılardı. Qadınlar qollarını çirmələyib xalçaların üstünə əyilər, köpükləri o tərəf-bu tərəfə yayardılar. Su şırıltısı, gülüş səsləri, bir-birinə atılan zarafatlar həyəti başına götürərdi.

Uşaqlı, böyüklü hamı bu iməclikdə fəal iştirakçı olardı. Onlardan biri də məhlənin incə qızı – uzun hörüklü, günəş bənizli Kubə idi. O, qış boyu xalçayuma mərasimini səbirsizliklə gözləyərdi. Onun üçün xalça yumaq adicə məişət işi deyildi. Bu, böyük bir bayram, məhəllənin ən maraqlı hadisəsi idi.

Hətta Novruz tonqalından da, məhəllə toylarından da geri qalmırdı.

Kubə səhər yataqdan sıçrayıb qalxar, həyətə ilk çıxanlardan olmaq istəyərdi.

Həyətdə vedrələrin düzülməsi, xalçaların bir-bir gətirilməsi, qadınların hazırlığı ona elə maraqlı görünərdi ki, saatlarla gözünü çəkmədən baxar, qonşu xalalara kömək edərdi.

Ən həyəcanlı məqam isə xalçaların yuyulması idi.

Qadınlar bol yuyucu toz töküb xalçanın üstünü fırçalamağa başlayanda Kubə özünü sanki hansısa vacib tapşırığın parçası kimi hiss edərdi. Köpük qalxdıqca, naxışlar suyun altında daha da parlaq göründükcə onun gözləri parıldayırdı. Və o da prosesə qoşular, əlindən gələni edər, bilmədiklərini öyrənərdi.

Sonda növbə ən maraqlı hissəyə çatardı.

“Əməliyyat”a uzun döşəmə ağacları qoşulardı. Qadınlar bütün gücləri ilə xalçanın üstündə qalan suyu sıxmağa başlayardılar. Taxtanın xalçaya dəyməsindən çıxan o xüsusi səs həyətin hər tərəfində eşidilərdi. Kubə üçün döşəmə ağacının yerə dəyməsi səsi yay mövsümünün rəsmi başlanğıcı idi.

Günortaya yaxın kişilər bu işin son nöqtəsini qoymaq – ən ağır işi yerinə yetirmək üçün həyətə çıxardılar. Bunun bir adı, həm də abır-həya idi. Kişilər tər-təmiz yuyulmuş xalçaları çiyinlərinə alıb məhəccərlərə aşırar, kəndirə sərərdilər. Kubə bu anları da fərqli bir həyəcanla gözləyərdi. Səbəb həm işin yekunlaşması, həm də dərin hiss bəslədiyi Badinin kişilərlə birgə həyətə çıxması idi. O da məhlənin kişiləri ilə birgə işə girişər, ağır palazları enli kürəklərinə alıb, kəndirdən aşırdardı.

Kubənin baxışların görəndə çönüb ona göz vurardı. Kubə də qıp-qırmızı qızarıb, baxışların hövlnak qaçırardı.

Bir neçə dəqiqənin içində həyət dəyişərdi.

Hər tərəfdə küləkdə yırğalanan xalçalar görünərdi. Günəş onların üstündə oynayar, rənglər daha da canlanardı.

Kubəyə elə gələrdi ki, dünyanın ən gözəl yeri məhz bu köhnə Bakı həyətidir.

BakıBaku

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Ən son

Mədəniyyət

Qızmar Bakı səhəri idi. Gün hələ təzəcə doğmuşdu, amma elə bil günorta istisi çoxdan şəhərin

Mədəniyyət

Qızmar Bakı səhəri idi. Gün hələ təzəcə doğmuşdu, amma elə bil günorta istisi çoxdan şəhərin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin