Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) mətbuat xidməti məlumat yayıb.
Hazırda mundialda iştirakı dəqiq olan cüdoçuların sayı 306 nəfərdir. Onlardan 166-sı kişi, 140-ı isə qadın idmançıdır.
Bu həftənin sonunadək dünya çempionatında iştirak edəcək bütün ölkələrin ən azı ilkin heyətlərini açıqlaması gözlənilir.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.