Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/14/2026

Paylaşın

GÜNDƏM

Bakıda “Beer & Food Festival 2026” keçiriləcək

IMG-20260914-WA0088

2, 3 və 4 oktyabr 2026-cı il tarixlərində Bakıda, “The Farm” ərazisində ənənəvi qastronomiya və əyləncə tədbiri – “Autumn & Food Festival 2026” keçiriləcək.

Baki-baku.az xəbər verir ki, üç gün davam edəcək festival qastronomiya, musiqi və əyləncəni bir məkanda birləşdirərək paytaxt sakinləri və şəhərin qonaqlarına fərqli mədəni-əyləncəli təcrübə təqdim edəcək.

Layihə Avropanın məşhur açıq hava və qastronomiya festivallarının ənənələrindən ilhamlanaraq, eyni zamanda Bakı auditoriyası üçün müasir və ailəvi istirahət formatında hazırlanmış genişmiqyaslı tədbirdir.

Festivalın keçirilməsi üçün seçilmiş “The Farm” məkanı tədbirin ümumi konsepsiyasına xüsusi ab-hava qatacaq. Yaşıl açıq ərazi, uzun festival masaları, tematik dekorasiyalar, musiqi və müxtəlif əyləncə zonaları qonaqlara əsl payız festivalı atmosferini yaşadacaq.

Festivalın hər günü fərqli konsepsiya və xüsusi proqramla təqdim olunacaq. Böyük səhnədə canlı musiqi proqramları, tanınmış ifaçıların çıxışları, DJ setləri, şou və performanslar keçiriləcək. Proqram çərçivəsində tanınmış aşpazların, food-bloggerlərin və media nümayəndələrinin iştirakı, müxtəlif təqdimatlar, interaktiv oyunlar, müsabiqələr və sürprizlər də nəzərdə tutulub.

Festival ərazisində ölkənin tanınmış restoranlarının yer alacağı geniş “Food Court”, xüsusi desert və içki təqdimat zonaları, “Cocktail Garden”, “Chill Zone”, müxtəlif əyləncə və oyun zonaları, eləcə də uşaqların əyləncəsi üçün xüsusi “Kid Zone” yaradılacaq.

“The Farm” məkanının özünəməxsus imkanları festival proqramında da əks olunacaq.

Tədbir günlərində atlarla xüsusi nümayiş proqramı, at arabalarının yürüşü və payız mövsümünün ab-havasını tamamlayan tematik təqdimatlar nəzərdə tutulur.

Tədbirin əsas məqsədi yalnız üç günlük əyləncə proqramı təqdim etmək deyil. Layihənin əsas ideyası Bakıda insanların dostları və ailələri ilə bir araya gələ biləcəyi, yeni dadlar kəşf edəcəyi, musiqidən zövq alacağı və fərqli festival mədəniyyətini yaşayacağı yeni şəhər ənənəsinin formalaşdırılmasıdır.

2, 3 və 4 oktyabr tarixlərində “The Farm” üç gün ərzində musiqinin, dadın, əyləncənin və festival ruhunun görüş nöqtəsinə çevriləcək.

Tədbir haqqında ətraflı məlumat:

Tarix: 2–3–4 oktyabr 2026

Məkan:The Farm Buzovna, Bakı

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən bildirilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin