Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/14/2026

Paylaşın

GÜNDƏM

Sabahdan Bakının marşrut xətlərinə rekord sayda avtobus buraxılır

Avtobus

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq.

Bu barədə Baki-baku.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1 780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2 011-ə, 2024-cü ildə 2 180-ə, 2025-ci ildə isə 2 340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42 % artırılıb.

Məlumata əsasən, bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2 530 avtobusun istismarı təmin edilir.

Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.

Qeyd edilib ki, avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.

Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək.

Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şərəfinə Bahadur xan tərəfindən kitabxana tikilən, Həbibullah Şirazinin, Nəcməddin Kübravinin neməti sayılan Qarabağlı

Ən son

GÜNDƏM

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

GÜNDƏM

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin