Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/14/2026

Paylaşın

GÜNDƏM

Veteranlar Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

“Türk şəhidliyi”

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Baki-baku.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb.

Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib.

Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib.

Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

Ən son

İdman

Beynəlxalq Avtomobil Federasiyası Bakıdakı "Formula 2" turnirinin iki sıralanma sessiyası və iki əsas yarışdan ibarət

İdman

Beynəlxalq Avtomobil Federasiyası Bakıdakı "Formula 2" turnirinin iki sıralanma sessiyası və iki əsas yarışdan ibarət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin