Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.
Qeyd edək ki, N.Mustafayeva 2020-ci ildən Azərbaycanın Türkiyənin İstanbul şəhərində Baş konsulu vəzifəsində çalışıb.