Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/20/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Xosrov Məlik-Aslanov: Elmə və Bakıya həsr olunmuş ömür

 XX əsrin əvvəllərində Bakıda neft bumu və sürətli iqtisadi artım Rusiya imperiyasından, sonra isə Sovet İttifaqından gəncləri və mütəxəssisləri cəlb edir. Burada uğur qazanaraq, kimsə başqa şəhərlərə və ölkələrə köçəcək, amma elə insanlar olacaq ki, həyatlarını Bakıyla əbədi bağlayacaqlar. Bir vaxtlar gəldiyi şəhərə sadiq qalanlardan biri Xosrov Məlik-Aslanov olub.

Xosrov Qarabağın qədim və zadəgan nəsillərindən olan Məlik-Aslanovlar ailəsində 8 mart 1909-cu ildə Tuğ kəndində dünyaya göz açıb. Təhsilini XIX əsrin ikinci yarısında Mehdi bəy və Sadıx bəy Məlik-Aslanovlar qardaşlarının öz vəsaiti hesabına açdığları Tuğ kəndinin məşhur məktəbində başlamışdır. Bir müddət sonra, AXC-nin görkəmli dövlət xadimi, dayısı, Xudadat bəy Məlik-Aslanovun dəvəti ilə,

Xosrov Bakıya köçür, təhsilini bu şəhərdə davam etdirir. Məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna daxil olur (müxtəlif illərdə İnstitutun adı müxtəlif idi) və 1932-ci ildə bu təhsil müəssisəsi məzunu olur. Həmin il onu Azərbaycan Dövlət Layihə İnstitutuna (“Azqosproyekt”) konstruktor kimi işə götürürlər. 1942-ci ildə onun tərəfindən böyük metal konstruksiyalarda gərginliyin yeni tənzimləmə metodu işlənib hazırlanmışdır. Bu yenilik gələcəkdə namizədlik dissertasiyasının əsasını təşkil edəcək.

Azərbaycan hökumətinin qərarı ilə 1950-ci ildə Azərbaycanda ayrıca Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universitet) açılır. Xosrov Materialların müqaviməti kafedrasında müəllim kimi işə dəvət olunur və 27 il ərzində burada

dərs deyib, dosent, elmlər doktoru, professor olub. Müxtəlif illərdə onun tələbələri, ölkənin tanınmış şəxsləri – Elbay Qasımzadə, Yaqub Eyyubov, Natiq Rəsulzadə, Bünyad Sərdarov, İlkin Ələsgərov və başqaları olublar.  

Zaman-zaman ona Sovet İttifaqının digər şəhərlərinə getmək təklifləri gəlirdi. Amma o həmişə deyirdi ki, hətta bilsə, onu xalq düşməni damğası ilə həbsdə olan dayısı Xudadat bəy Məlik-Aslanova görə tutub-saxlamaq istəyirlər, Bakıdan heç yerə getməyəcək. Zadəgan ailə üzvlərinə qarşı təqiblərə baxmayaraq, Xosrovun işinə tələbat var idi. Onun yaratdığı ixtiralar bu və ya digər prosesləri,  metodları və texnologiyaları asanlaşdırırdı. Görünür, ona görə də illər sonra ondan “Azqosproyekt”in emalatxanasına baş konstruktor vəzifəsinə qayıtmağı xahiş edəcəklər. Müəllimlik fəaliyyətindəki iş yükünə baxmayaraq, o, bu təkliflə böyük məmnuniyyətlə razılaşır. Bir neçə il ərzində həmin təşkilatda bir sıra orijinal işlər hazırlayıb həyata keçirəcək. Mülki obyektlər arasında Bakıdakı Lenin adına muzeyin (indiki Muzey Mərkəzi) keçmiş binasının günbəzinin üzərində dizayn xüsusi maraq doğurur.

 Həmin illər Xosrov, artıq o dövrdə neft hasilatı sənayesində 4 unikal ixtiraya malik olur, lakin heç birini istehsala tətbiq edə

bilmədi. Onun ixtiralarının baxılması, SSRİ sənaye nazirlyinin rəhbərliyi tərəfindən naməlum səbəblərdən təxirə salındı. 1959-cu ildə, o, “Şelf-2” dərin dəniz qazma qurğusunun ixtirasının həmmüəlliflərindən biri olacaq.

 Bütün bu uzun illər boyu Xosrovun yanında və onun etibarlı dayağı, həyat yoldaşı Mariya Fyodorovna Borzova idi. Mariya Fyodorovna valideynləri ilə birlikdə Kislovodskda yaşayırdı. Gənclərin Kislovodskda təsadüfi görüşü onları əbədi birləşdirdi. Bu nikahdan iki gözəl oğul dünyaya gəldi – Adil və Murad. Adil ötən əsrin 60-70-ci illərində parlayan məşhur “Parni iz Baku” KVN (Şən və hazırcavablar klubu) komandasının üzvü oldu, Bakının mədəni həyatında fəal iştirak etmişdir. Murad isə elmlər doktoru oldu, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) dəmir-beton konstruksiyaları kafedrasında dərs deyib, sonralar isə uzun illər tikinti sahəsində çalışıb.

Xosrov Məlik-Aslanov 1977-ci ildə dünyasını dəyişib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.

Ən son

GÜNDƏM

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yol infrastrukturu ilə bağlı yaranmış problem öz həllini tapıb.

GÜNDƏM

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yol infrastrukturu ilə bağlı yaranmış problem öz həllini tapıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin