Ağrı yaddaşı imkanların əsas məhdudlaşdırıcısı kimi…
Bir vaxtlar alimlər akvariumun içərisinə şəffaf şüşə arakəsmə yerləşdirirlər. Bir tərəfdə yırtıcı bir durna balığı, digər tərəfdə isə sərbəst üzən bir neçə kiçik balıq var idi. Ac durna balığı ovu görəndə hücum etmək üçün irəli atıldı. O, şüşəyə çırpılıb geri qayıtdı. Nə baş verdiyini anlamayan durna balığı təkrar-təkrar kiçik balıqlara çatmağa çalışdı, lakin hər cəhd görünməz səddə dəyən zərbə ilə nəticələndi. Toqquşmalardan get-gedə başı yaralandı və pulları töküldü. Nəhayət, durna balığı qorxdu, bir küncə çəkilib hərəkətsiz qaldı.
Bir müddət sonra alimlər şüşəni götürdülər. Kiçik balıqlar bütün akvarium boyu rahatca üzür, hətta durna balığının ağzının yanına qədər gəlirdilər. Lakin durna balığı daha onları tutmağa çalışmırdı. Aclığa baxmayaraq, o, ağzını belə açmırdı. Onun şüurunda görünməz divar hələ də mövcud idi. Bir neçə gündən sonra durna balığı yeməklərin əhatəsində olmasına baxmayaraq aclıqdan öldü. Bu hadisəni “durna balığı effekti” və ya “durna balığı sindromu” adlandırırlar.
Bizi şəraitin çətinliyi deyil, keçmiş uğursuzluqların təcrübəsi məhv edir. Həmin o şüşə arakəsmə psixoloji baryerdir: o yox olandan sonra belə, biz özümüzü sanki o hələ də oradaymış kimi aparmağa davam edirik. Xəyallarına gedən yolda dayanan insan və ya tamamlanmadan yarımçıq qoyulmuş layihə, çox vaxt bacarmadığı üçün deyil, uğurun qeyri-mümkün olduğuna inandığı üçün məğlubiyyətə uğrayır. Ona elə gəlir ki, dünya maneələrlə doludur. Amma əslində bu maneələrin çoxu yalnız onun şüurunda mövcuddur.
Yenə cəhd et. Bir az daha çox səy göstər. Bəlkə də, məhz bu dəfə uğur artıq o biri tərəfdədir. Keçmişlə yaşamağı dayandır. Başındakı şüşəni qır və bugünkü günü həqiqətən hiss et. Bu, sənin yeni başlanğıcındır.
Və unutma: Qəbiristanlıqlar “sabah” deyən insanlarla doludur.
Hacı Cavadov