Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/14/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Kolumbiya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu dedi və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğuladı.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.

Ölkəmizdə Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirdi.

Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğuladı.

Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında “ASAN xidmət” modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlandı.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycanla Kolumbiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunuldu, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulandı.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

25 aprel, saat 12:00-da gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanan Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı

Ən son

GÜNDƏM

Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları,

GÜNDƏM

Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin