Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/14/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Esvatini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının ölkəmizə səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun Sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə etdi, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyevin Azərbaycana uğurla rəhbərlik etdiyini vurğulayan səfir ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar ilə bağlı təbriklərini çatdırdı. O, həmçinin regionda sülhün əldə edilməsində dövlətimizin başçısının diplomatik səylərinə və roluna toxunaraq, bununla bağlı da Prezident İlham Əliyevi təbrik etdi.

Səfir ikitərəfli əməkdaşlığımızın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

O, ölkəsinin Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının sədri qismində Afrika qitəsində sülhün təmin olunması istiqamətində ardıcıl səylərini davam etdirdiyini vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edildi, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirildi, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunuldu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

25 aprel, saat 12:00-da gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanan Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı

Ən son

GÜNDƏM

Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları,

GÜNDƏM

Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin