Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/14/2026

Paylaşın

HƏR ŞEYDƏN

Bir fincan qəhvə, böyük bir dəyişimin hekayəsi – “Kashalata”dan reportaj

IMG-20260414-WA0009

Bakının tıxaclı, küləkli, eyni zamanda qaynar mühitindən uzaqlaşıb daha sakit bir məkana üz tutduğumuz gün adi bir kafe ziyarətinə getdiyimizi düşünürdük. Lakin qapıdan içəri daxil olan kimi anladıq ki, bura öyrəşdiyimiz, gündəlik getdiyimiz adi qəhvə içilən məkanlardan biri deyil. Burada hiss olunan əsas şey nə qəhvə qoxusu, nə də musiqi idi – burada ümid, səmimiyyət və sevgi var idi. Söhbət Azərbaycanın ilk və hələlik yeganə inklüziv kafesi olan “Kashalata”dan gedir.

“Trendyol”un təşkilatçılığı ilə baş tutan mediatur çərçivəsində bu məkanda olduq, burada çalışan neyromüxtəlifliyi olan gənclərlə tanış olduq, onların gündəlik həyatına və iş mühitinə yaxından baxmaq imkanı əldə etdik.

Sosial məsuliyyətin real nümunəsi

“Kashalata” sevimli, şirin bir kafe olmaqla yanaşı, eyni zamanda böyük bir sosial missiyanın daşıyıcısıdır. Bu layihənin arxasında isə bir neçə tərəfdaşın birgə dəstəyi dayanır. PAŞA Holding məkanı təqdim edib, Dövlət Məşğulluq Agentliyi avadanlıqlarla təmin edib və s. “Trendyol” isə artıq iki ildir ki, bu layihənin əsas dəstəkçilərindən biri kimi çıxış edir və kafedə çalışanların maaş təminatı kimi vacib, eyni zamanda da nəcib bir işi üzərinə götürür.

“Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərovanın sözlərinə görə, şirkətin əsas məqsədi yalnız iqtisadi uğur əldə etmək deyil, eyni zamanda insanların həyatına müsbət təsir göstərməkdir. Bu baxımdan “Kashalata” kimi layihələr sosial təsir strategiyasının mühüm hissəsidir. Şirkət fəaliyyət göstərdiyi bütün ölkələrdə inklüzivliyi təşviq edən təşəbbüslərə üstünlük verir və Azərbaycanda da bu istiqamətdə konkret addımlar atır.

Kiçik məkan, böyük ürəklər

Cəmi 170 kvadratmetrlik bu məkanda böyük hekayələr yazılır. Burada çalışan autizmli və daun sindromlu gənclər üçün “Kashalata” təkcə iş yeri deyil, eyni zamanda ikinci evdir. Onlar burada həm peşə bacarıqları qazanır, həm də sosial ünsiyyət qurmağı, kollektivdə işləməyi və məsuliyyət daşımağı öyrənirlər.

Kafenin qurucusu, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovanın sözlərinə görə, layihənin əsas məqsədi məhz bu gənclərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Onun şəxsi hekayəsi də bu təşəbbüsün yaranmasında mühüm rol oynayıb. Autizmli övladının gələcəyi üçün düşündüyü yollar zamanla belə bir layihənin formalaşmasına səbəb olub.

Bu gün kafedə 10-dan çox neyromüxtəlifliyi olan gənc çalışır. Onlara iş koçları dəstək göstərir, adaptasiya prosesində yardımçı olur. Bu mühit isə onların özlərinə inamını açıq şəkildə artırır.

Onların hekayəsi, onların səsi

“Kashalata”nın ən təsirli tərəfi isə burada çalışan gənclərin öz hekayələridir.

25 yaşlı barista Əlisahib Bayramov yalnız qəhvə hazırlamır, eyni zamanda pianoda ifa edərək məkanın atmosferini daha da zənginləşdirir. əgər söz pianodan düşübsə Kənan Məmmədovu da qeyd etmək lazımdır. Onun da ifası və repertuarı mükəmməl idi İlyas Əfəndiyev isə ən çox kapuçino hazırlamağı sevir və deyir ki, fasilə zamanı da seçimindən vaz keçmir. Həmçinin İlyasın çox gözəl qiraət qabiliyyəti var.

21 yaşlı Hüseyn Hüseynzadə də burada böyük sevgi ilə çalışan gənclərimizdəndir. O, paralel olaraq başqa bir qurumda da çalışır və avtomobillərə xüsusi marağı ilə seçilir. Qonaqları qarşılayıb, yola salan Elman isə mehriban və valehedici təbəssümü ilə hamının ürəyini bir anda ələ ala bilirdi.

Bu gün doğum gününü qeyd etdiyimiz Əziz Qəmbərov isə xüsusilə diqqət çəkir. 20 yaşlı gənc artıq 3 dildə sərbəst danışır, universitetdə təhsil alır və burada barista kimi çalışır. Onun sözlərinə görə, “Kashalata” onun üçün sadəcə iş yeri deyil:

“Burada özümü xoşbəxt hiss edirəm. Bu yer müsbət enerji ilə doludur. Müştərilər də bizə çox yaxşı yanaşır. Çalışıram hər şeyi diqqətlə edim və həmişə gülərüz olum”.

Onun arzuları isə hər bir gəncin arzuları kimi sadə və səmimidir – dünyanı gəzmək, yeni yerlər görmək və gözəl bir həyata sahib olmaq.

Yalnız sevgi ilə…

“Kashalata”da təqdim olunan hər bir içki və yemək sevgi ilə hazırlanır. Menyuda klassik qəhvə növlərindən tutmuş sendviçlərə, salatlara qədər müxtəlif seçimlər var. Lakin buraya gələnlər qəhvə üçün gəlmir. Onlar bu məkanın daşıdığı ideyaya – inklüziv cəmiyyət anlayışına dəstək olmaq üçün gəlirlər.

Burada keçirdiyimiz bir neçə saat ərzində bir daha aydın olur ki, inklüziv məşğulluq yalnız sosial məsuliyyət deyil, həm də cəmiyyət üçün real dəyər yaradan bir modeldir. Doğru dəstək və uyğun mühit olduqda bu gənclərin bacarmayacağı heç nə yoxdur.

Son təəssürat

“Kashalata”dan ayrılarkən ilk daxil olanda hiss etdiyimiz o istilik və səmimiyyət bizi yenə müşayiət edirdi. Bu məkan göstərir ki, bəzən böyük dəyişikliklər üçün böyük məkanlara ehtiyac yoxdur. Bəzən cəmi 170 kvadratmetr kifayət edir – yetər ki, içində sevgi, inam və dəstək olsun.

Və bəlkə də burada içilən hər fincan qəhvə sadəcə bir içki deyil – o, bərabərliyin, ümidin və daha inklüziv bir gələcəyin dadıdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm, Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin