Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2026

Paylaşın

HƏR ŞEYDƏN

Vulkan püskürməsindən sənət əsərlərinə: Kətan üzərində yaşayan tarix

Tambora vulkanı, Vulkan, İndoneziya

1815-ci ildə İndoneziyada Tambora vulkanı püskürəndə heç kim bu hadisənin minlərlə kilometr uzaqda yaşayan rəssamların yaradıcılığına da təsir göstərəcəyini düşünmürdü.

Vulkanın püskürməsi nəticəsində atmosferə yayılan qazlar və xırda hissəciklər Günəş şüalarının bir hissəsinin Yer səthinə çatmasına mane oldu. Dünyanın bir çox bölgəsində havalar soyudu, hətta bəzi ərazilərdə yay aylarında qar yağdı. Bu səbəbdən 1816-cı il tarixə “yaysız il” kimi düşdü.

Vulkan püskürməsi havanın temperaturu ilə yanaşı, səmanın görünüşünü də dəyişdirdi. Günəş batarkən səma əvvəlkindən daha parlaq qırmızı, narıncı və bənövşəyi rənglərə boyandı. Bu qeyri-adi mənzərələr rəssamların da diqqətindən yayınmadı.

Məşhur ingilis rəssamı Uilyam Törner həmin dövrdə səmanın gözəlliyini bir çox əsərində əks etdirdi. Onun çəkdiyi mənzərələrdə günəşin batması, al-əlvan buludlar və qeyri-adi işıq çalarları xüsusi yer tuturdu. Alimlərin fikrincə, rəssamın əsərlərindəki bu rənglərin yaranmasında Tambora vulkanının da rolu vardı.

Uzun illər sonra tədqiqatçılar müxtəlif əsrlərdə çəkilmiş yüzlərlə rəsm əsərini araşdırdılar. Məlum oldu ki, güclü vulkan püskürmələrindən sonra çəkilən mənzərələrdə qırmızı rəng daha çox nəzərə çarpır.

Həmin dövrdə nə fotoaparatlar, nə də atmosferi müşahidə edən peyklər var idi. Rəssamlar gördükləri mənzərələri kətana köçürür, təbiətin gözəlliyini öz əsərlərində yaşadırdılar. Yəqin ki, onlar bir gün bu rəsmlərin alimlər üçün qiymətli məlumat mənbəyinə çevriləcəyini heç təsəvvür etmirdilər.

Bu gün muzeylərdə nümayiş etdirilən həmin əsərlər bizə təkcə rəssamların istedadını deyil, həm də iki əsr əvvəl dünyanın səmasının necə göründüyünü göstərir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tarixdə elə hökmdarlar var ki, onların adı qazandıqları müharibələrlə, elələri də var ki, xalqlarına qoyduqları düşüncə mirası ilə

Ən son

HƏR ŞEYDƏN

1815-ci ildə İndoneziyada Tambora vulkanı püskürəndə heç kim bu hadisənin minlərlə kilometr uzaqda yaşayan rəssamların

HƏR ŞEYDƏN

1815-ci ildə İndoneziyada Tambora vulkanı püskürəndə heç kim bu hadisənin minlərlə kilometr uzaqda yaşayan rəssamların
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin