Azərbaycanda istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-i vəziyyətinə 1 milyard 155,7 milyon manatlıq hazır məhsul olub.
Baki-baku.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat verir ki, ehtiyatların 51,7 %-i Bakı, 12,7 %-i Sumqayıt, 3,7 %-i Gəncə, 0,2 %-i Şirvan şəhərlərinin, 1,5 %-i Naxçıvan Muxtar Respublikasının, 3,9 %-i Gədəbəy, 2,7 %-i Abşeron, 2,6 %-i Xaçmaz, 2,6 %-i Biləsuvar, 1,4 %-i Masallı, 1,3 %-i Qazax rayonlarının, 15,7 %-i isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 71,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.