Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2026

Paylaşın

GÜNDƏM

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Yunus Əmrə İnstitutunun prezidenti ilə görüşüb

Yunus Əmrə İnstitutu

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Yunus Əmrə İnstitutunun yeni təyin olunmuş prezidenti professor doktor Selim Argun ilə görüşüb.

Baki-baku.az Fonda istinadla xəbər verir ki, görüş zamanı professor Aktotı Raimkulova Selim Argunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və yeni birgə layihələrlə zənginləşəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, professor doktor Selim Argun Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, Fondla əməkdaşlığın inkişaf etdirilməsində və bu istiqamətdə birgə fəaliyyətə hər zaman maraqlı və hazır olduqlarını bildirib.

Görüşdə tərəflər türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Söhbət zamanı birgə nəşrlərin hazırlanması, elmi və mədəni tədbirlərin təşkili, təcrübə mübadiləsi, eləcə də rəqəmsal platformalar vasitəsilə Türk dünyasının zəngin mədəni irsinin daha geniş auditoriyaya çatdırılması imkanlarına diqqət yetirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-baku.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın

Ən son

GÜNDƏM

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova

GÜNDƏM

28 oktyabr 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin