Bir insanın gəmi qəzasından sağ çıxması böyük şansdır. Bəs bu, üç dəfə baş verərsə? Violet Cessopun həyatı məhz belə inanılmaz hadisələrlə dolu olub.
Baki-baku.az xatırladır ki, 1887-ci ildə doğulan Violet sərnişin gəmilərində çalışırdı. Onun ilk təhlükəli hadisəsi 1911-ci ildə baş verdi. İşlədiyi “Olympic” gəmisi hərbi gəmi ilə toqquşdu. Violet xilas oldu.
Bir il sonra o, məşhur “Titanik”də işləməyə başladı. 1912-ci ilin aprelində gəmi aysberqə çırpılaraq batdı. Violet xilasedici qayığa minərək ölümdən qurtuldu.
Tale isə onu yenə sınağa çəkdi. 1916-cı ildə çalışdığı “Britannic” gəmisi minaya düşərək batdı. Violet bu dəfə də sağ qaldı.
Ən təəccüblüsü isə budur ki, bütün bunlardan sonra o, dənizdə işləməyə davam etdi.
Tarixə “Dənizdə batmayan qadın” kimi düşən Violet Cessop 1971-ci ildə 83 yaşında vəfat edib.