Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu ilə CECECO arasında Anlaşma Memorandumu imzalanıb

Türk Mədəniyyəti və İrsi Fondu, CECECO, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi

18 noyabr 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) mədəni irsin qorunması və bərpası üçün dayanıqlı enerji həllərinin təşviqi sahəsində əməkdaşlıq çərçivəsinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Baki-baku.az xəbər verir ki, anlaşma Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prof. Aktotı Raimkulova və CECECO-nun icraçı direktoru xanım Aysel Yaqubova tərəfindən imzalanıb.

Memoranduma əsasən, iki qurum mədəni irsin qorunması və bərpası üçün bərpa olunan enerji və enerji səmərəliliyi həllərinin təşviqi, eləcə də “yaşıl mədəni irs” konsepsiyasına uyğun birgə layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcək.

Əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə birgə tədqiqatların aparılmasını, təlim və tədris proqramlarını, eləcə də seminar, sərgi və digər tədbirlərin təşkilini əhatə edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İlk baxışdan dağlar hərəkətsiz, əbədi və dəyişməz görünür.

Ən son

HƏR ŞEYDƏN

Violet Cessopun həyatı məhz belə inanılmaz hadisələrlə dolu olub.

HƏR ŞEYDƏN

Violet Cessopun həyatı məhz belə inanılmaz hadisələrlə dolu olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin