Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/10/2026

Paylaşın

GÜNDƏM

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri gedir

Macəra janrında çəkilən “Tanrının Zirehi: Ultimatum” filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

Baki-baku.az xəbər verir ki, Bakıdakı çəkilişlərin başlanmasına ənənəvi qaydada xüsusi kino boşqabının sındırılması mərasimi ilə start verilib. Bu mərasim yeni çəkiliş mərhələsinin uğurlu başlanğıcının simvolu hesab olunur.

Filmin süjetinin mərkəzində “Asiya şahini”nin yeni missiyası dayanır. O, uğrunda 20 milyon dollardan çox mükafat elan edilmiş qədim Tumar artefaktını tapmalıdır.

Filmin çəkilişləri eyni vaxtda bir neçə dövlətin ərazisində aparılır. Layihə müxtəlif ölkələrdən olan aktyorları və kino mütəxəssislərini bir araya gətirən beynəlxalq komanda tərəfindən həyata keçirilir. Filmin istehsalı üçün ilk dəfə Qazaxıstan və Çinin kino komandaları bir araya gəliblər.

“Ultimatum” artıq kulta çevrilmiş “Tanrının Zirehi” franşizasının dördüncü filmidir. Baş rolu məşhur aktyor Ceki Çan ifa edir. Aktyor yenidən əfsanəvi macərapərəst “Asiya şahini” obrazını canlandırır.

Bakı filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında cərəyan edir. Buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq.

Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Aktyor ilk dəfə Azərbaycanda filmə çəkilir.
“İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır” – deyə Ceki Çan bildirib.

Çəkiliş qrupunun Azərbaycana səfərinin və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək göstərir.

Filmin istehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub. Layihənin Azərbaycanda istehsalını, həmçinin kino komissiyası xidmətlərinin göstərilməsini Filmlab.az şirkəti həyata keçirir.

“Tanrının Zirehi: Ultimatum” filminin çəkilişləri 2026-cı ilin payızınadək davam edəcək. Filmin premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

AFFA-dan Baki-baku.az-a verilən məlumata görə, bu təşəbbüs AFFA və Bakı Futbol Federasiyası tərəfindən müsbət qarşılanıb

Ən son

GÜNDƏM

Macəra janrında çəkilən “Tanrının Zirehi: Ultimatum” filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti

GÜNDƏM

Macəra janrında çəkilən “Tanrının Zirehi: Ultimatum” filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin