Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2026

Paylaşın

İdman

Serxio Peres: “Əvvəllər Bakıdakı yarışlarda yaxşı çıxış etmişəm”

Serxio Peres, Formula 1, "Kadillak", Серхио Перес

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Kadillak” komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb.

Baki-baku.az xəbər verir ki, meksikalı sürücü bu barədə ABŞ təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

S.Peres Bakıdakı yarışı səbirsizliklə gözlədiyini deyib:

“Madriddəki turnir mənim trasda çıxmalı olduğum ana qədər uğurlu şəkildə davam edirdi. Yəqin ki, bu, mövsümdə bizim ən güclü yarışımız idi. Bu uğuru Bakıda təkrarlamağa çalışmaq üçün yenidən trasa qayıtmağı səbirsizliklə gözləyirəm. Əvvəllər Bakıda yaxşı çıxış etmişəm. Ümid edirəm ki, dərhal ritmə düşəcəyəm, sərbəst yürüşlərdə yaxşı temp yaxalayacağam və komandanın layiq olduğu nəticəni göstərəcəyəyəm”.

Xatırladaq ki, sentyabrın 24-də start götürəcək Azərbaycan Qran-prisi üç gün davam edəcək. Serxio Peres 2021 və 2023-cü illərdə “Red Bull” komandasının heyətində Bakıdakı yarışın qalibi olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli-mənəvi dəyərlər tariximizdə Məscidi-Aqsanın, Kəbənin, Hirayi-Nurun, Məscidi-Nəbəvinin, Həcərül-Əsvətin, Kərbalanın ayrıca yeri, məqamı olduğu kimi, mühüm məqamı var

Ən son

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda, Nuhun çıxdığı torpaqda, Əshabi-Kəhf müqəddəsliyinin, Haçadağın, İnandağın ətəyində,

TARİX, TARIXI ŞƏXSİYYƏTLƏR

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda, Nuhun çıxdığı torpaqda, Əshabi-Kəhf müqəddəsliyinin, Haçadağın, İnandağın ətəyində,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin