Şəki Dövlət Dram Teatrında 147-ci mövsümün başlanması ilə əlaqədar kollektivlə görüş keçirilib.
Baki-baku.az xəbər verir ki, teatrın direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Mirbala Səlimli bu münasibətlə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb. O, Şəki Dövlət Dram Teatrının ötən mövsümdə görülən işlərindən, beynəlxalq festivalda iştirakından, qazanılan mükafat və uğurlarından danışıb, yeni mövsümün isə əsas planlarını elan edib.
Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrının 147-ci mövsümünün rəsmi açılışı 13 sentyabr saat 17:00-da braziliyalı dramaturq Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir. Şəki Dövlət Dram Teatrı bütün teatrsevərləri yeni mövsüm açılışına dəvət edir.
