Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2026

Paylaşın

GÜNDƏM

Sabunçuda qəbiristanlığın su altında qalması vətəndaşların primitiv formada çəkdikləri xətlərlə əlaqədardır – AÇIQLAMA

Sabunçu rayonu, Qəbiristanlıq, Kanalizasiya

Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində qəbiristanlığın bir hissəsi kanalizasiya suları altında qalıb. Sakinlər problemin 1 həftədir davam etdiyini, aidiyyəti qurumların isə əraziyə baxış keçirmədiyini bildirirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Baki-baku.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazidə İri Şəhərlərin Su Təchizatının mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

“Ərazidə məskunlaşan vətəndaşlar primitiv formada çəkdikləri xətlərlə tullantı sularını həmin bataqlıq əraziyə axıdırlar. Nəticədə qəbiristanlıqda belə bir hal müşahidə edilir. Hazırda Sabunçu Sukanal İdarəsi rayon bələdiyyəsi ilə birlikdə ərazinin tullantı sulardan təmizlənməsi istiqamətində işlər görürlər. Məsələnin köklü həlli istiqamətində layihə sənədləri hazırlanıb, baxış mərhələsindədir”, – deyə məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17

Ən son

İQTİSADİYYAT

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə,

İQTİSADİYYAT

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin