Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/04/2026

Paylaşın

GÜNDƏM

Regionun ən böyük kitab festivalı qayıdır

“Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionun ən böyük kitab festivalı – 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək.

Baki-baku.az xəbər verir ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların faydalı vərdişlərə təşviq olunması məqsədini hədəfləyir.
Sərgi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.

Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.

Hazırda sərgiyə qeydiyyat davam edir. Sərgiyə iştirakçı qismində qatılmaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz:
bakubookfair@culture.az

Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Noyabrın 4-də Bakının Yasamal, Nizami və Binəqədi rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin