Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2026

Paylaşın

ƏDƏBİYYAT, Mədəniyyət

“Qazax ədəbiyyatı tarixi” kitabı təqdim edilib

IMG-20261028-WA0013

26 oktyabr 2026-cı il tarixində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyasının elmi inciləri” kitab seriyasından növbəti nəşri və filologiya elmləri doktoru, professor Nizami Tağısoyun müəllifi olduğu “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib.

Baki-baku.az xəbər verir ki, “Qazax ədəbiyyatı tarixi” kitabı ədəbiyyatşünaslar, türkoloqlar, müqayisəli ədəbiyyat tədqiqatçıları, ali təhsil müəssisələrinin tələbələri, magistrantları və doktorantları, eləcə də qazax xalqının bədii-estetik irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin moderatorluğu ilə keçirilən təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, kitabın müəllifi Nizami Tağısoy, Azərbaycan Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, akademik Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxış edərək nəşrin elmi və ədəbi əhəmiyyətindən bəhs ediblər.

Açılış nitqi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova nəşrin qazax ədəbiyyatının sistemli şəkildə öyrənilməsi və Türk dünyasının ortaq ədəbi-mədəni irsinin təbliği baxımından vacibliyini vurğulayıb.
Aktotı Raimkulova qeyd edib ki, professor Nizami Tağısoyun müəllifi olduğu “Qazax ədəbiyyatı tarixi” kitabında qazax xalqının ədəbiyyat tarixi və görkəmli söz ustalarının həyat və yaradıcılığı qədim dövrlərdən müasir günümüzədək ardıcıl şəkildə araşdırılır. Nəşrdə, həmçinin qazax mədəni düşüncəsinin müxtəlif aspektləri, jırau və akın yaradıcılığı sistemli və konseptual şəkildə təqdim olunur.

Fondun prezidenti belə elmi nəşrlərin türk xalqlarının ədəbiyyat tarixinin daha dərindən öyrənilməsi üçün mühüm mənbə olduğunu diqqətə çatdırıb.

Kitabın ərsəyə gəlməsi istiqamətində müəllifin 40 illik elmi əməyinə ehtiramını ifadə edən Fondun prezidenti nəşrin işıq üzü görməsi münasibətilə Nizami Tağısoya təbriklərini çatdırıb. Daha sonra Türk Mədəniyyəti və İrsi Fondu adından Nizami Tağısoya qazax xalqının milli geyimi olan çapan hədiyyə edilib.

Kitabın müəllifi, professor Nizami Tağısoy çıxışında nəşrin məzmunu, elmi məqsədi və əsas tədqiqat istiqamətləri barədə məlumat verib. O, qazax ədəbiyyatının tarixi inkişaf mərhələlərinin, görkəmli nümayəndələrinin yaradıcılığının və xalqın bədii-estetik düşüncəsinin öyrənilməsinin əhəmiyyətinə toxunub.

Tədbirin bədii hissəsində Serik Nurmoldayev və Jadra Musrepovanın ifasında dombra və jetigen alətlərinin müşayiəti ilə qazax musiqi nümunələri səsləndirilib.

Tədbirin sonunda iştirakçılara müəllifin imzası ilə yeni nəşr təqdim olunub və xatirə fotoları çəkdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin