Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2026

Paylaşın

Mədəniyyət

“O olmasın, bu olsun” tamaşasında sənətkarların xatirəsi ehtiramla yad edilib

“O olmasın, bu olsun”

Sentyabrın 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunub.

Baki-baku.az xəbər verir ki, Musiqili komediyanın budəfəki təqdimatı uzun illər Akademik Musiqili Teatrda fəaliyyət göstərən aktoylar – Xalq artisti Ramiz Məmmədovun 75 və Əməkdar artist Gülnar Salmanovanın 70 illik yubileylərinə həsr edilib.

Tamaşadan sonra Əməkdar artistlər Nadir Xasiyev, Nahidə Orucova və Şövqi Hüseynov çıxış edərək vaxtilə bu səhnə əsərində Məşədi İbad və Günaz obrazlarının ifaçıları olan mərhum aktyorları ehtiramla yad edib, Azərbaycan teatr sahəsinə verdikləri töhfələrdən danışaraq onlarla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir və Leyla Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti Elməddin Dadaşovdur.

“O olmasın, bu olsun”da Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, Nahidə Orucova, aktyorlar Emin Zeynallı, Türkel Tariqpeyma, Elxan İsmayılov, Hüseyn Əlili, Elçin İmanov, Əliməmməd Novruzov, Təranə Əliyeva, Murad Əliyev, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları nasaz hesab etməzdi

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin