Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2026

Paylaşın

İdman

“Formula 1” pilotları Bakıda azarkeşlərlə görüşüb

"Formula 1"

Bakıda 10-cu dəfə keçirilən “Formula 1” Azərbaycan Qran-prisi çərçivəsində azarkeşlərlə pilotların görüşü təşkil olunub.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərlə görüşüblər.

Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso, Valtteri Bottas və digər pilotların səhnəyə çıxışı böyük maraqla qarşılanıb.

Olduqca səmimi ab-havada keçən Fan Forum zamanı pilotlar azarkeşlərlə yarışla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər. Bu görüşlər azarkeşlərə “Formula 1” dünyasını daha yaxından tanımaq və sevdikləri pilotlarla ünsiyyət qurmaq imkanı verib.

Yerli və xarici azarkeşlərin böyük maraq göstərdiyi tədbir Azərbaycan Qran-prisi həftəsinə əlavə həyəcan qatıb.

Pilotların fanatlarla birbaşa ünsiyyəti isə yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı

Ən son

GÜNDƏM

"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başa çatıb.

GÜNDƏM

"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başa çatıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin