Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/29/2026

Paylaşın

TARİX

Şaumyanla dostluq edən, Torleklyanın əli ilə qətlə yetirilən nazir

WhatsApp Image 2026-05-27 at 08.59.26

“Behbud xanın qətli Xan Xoyskidən sonra məni incidən ən məşum terror aktı idi. Bolşeviklər içərisində bir Cümhuriyyətçini də itirmək ağır oldu”

Şura hökuməti gəldikdən, Cümhuriyyət iflasa uğradıqdan sonra  ölkənin səadətinin Bolşevik Rusiyasında görən saysız-hesabsız azərbaycanlı oldu.   Onlardan biri də Stepan Şaumyanın dostu olan Daxili İşlər naziri Behbud xan Cavanşir idi.  Daxili İşlər nazirinin öldürülməsi xəbəri Sovet Azərbaycanında şok effekti yaratdı.  44 yaşında terror qurbanı olan nazir Qarabağ xanı İbrahimxəlil xanın nəslinə bağlıydı. O, 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyonlu kəndində anadan olmuşdu. Tiflisdə alman dili təmayüllü realni məktəbdə Stepan Şaumyanla 8 il bir sinifdə oxumuşdu. Sonralar Behbud xan Şaumyanı bir neçə dəfə işə düzəltmiş, onu sürgündən, təqib və həbslərdən xilas etmişdi.  Behbud xan Cavanşir sıradan bir tarixi şəxsiyyət deyildi. Azərbaycanda Milli Polis orqanlarının yaradılması onun adı ilə bağlı idi. Behbud xan az-az Cümhuriyyət qurucularından idi ki, o , Bolşevik işğalından, Şura hökumətinin gəlişindən sonra da ölkəni tərk etməmişdi.

1921-ci ildə komissar Nərimanovun tapşırığı ilə Ankaraya ezam olunan Behbud xan Cavanşir yolüstü İstanbula gedir.  İyulun  17-də, gecə vaxtı “Təpəbaşı” kozinosundan çıxıb “Pera Palas” otelinə gedərkən arxadan açılan atəşlə qətlə yetirilir.  Beşikdağda Yəhya Əfəndi  dərgahında dəfn edilir. 

Sonralar aparılan araşdırmalar nəticəsində bəlli olur ki, onun qatili  Daşnaq Sütyun Partiyasının və Erməni Terror  Hərəkatının üzvü Misak Torlekyan olub. O, bu cinayətə görə saxlanılsa da, həbsdə uzun müddət qalmayıb. Digər çoxsaylı qətllər törətməsinə, türklərə qənim kəsilməsinə baxmayaraq, bəraət alaraq Amerikaya qaçırılıb.

Behbud ağa Cavanşirin qətli ilə bağlı düşüncələrini  “Varlıq” dərgisinidə  qələmə alan Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Behbud xanın qətli Xan Xoyskidən sonra məni incidən ən məşum terror aktı idi. Bolşeviklər içərisində bir Cümhuriyyətçini də itirmək ağır oldu”.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının

Ən son

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin