Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2026

Paylaşın

Mədəniyyət

Dövlət dəstəyi ilə çəkiləcək filmlərin pitçinqinin birinci mərhələsi keçirilib

Film

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyində dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi baş tutub.

Baki-baku.az xəbər verir ki, bu mərhələdə Ekspert Şurası tərəfindən tammetrajlı və qısamerajlı bədii film layihələrinə baxış keçirilib.

Xatırladaq ki, 2026-cı il üzrə dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin müsabiqəsinə ümumilikdə 93 layihə təqdim olunmuşdu. Onların 34-ü tammetrajlı, 21-i qısametrajlı bədii film layihəsi idi. Seçim Komissiyasının qərarına uyğun olaraq, 31 layihə pitçinq mərhələsinə buraxılıb ki, onların da 8-i tammetrajlı, 7-si qısametrajlı bədii film layihəsidir.

Pitçinqə çıxarılmış tammetrajlı bədii film layihələri və onları təqdim edən şirkətlər bunlardır: “İsanın evi” (Aydəmir Entertainment), “İki Xaqan” (Karvan Production), “Bir, iki, üç” (Nova Gorcia Kino Mərkəzi), “Meşə növbətçisi” (CNF), “Yeddi məhbusə” (Buta Film), “Begemot” (Old Stone Film), “Varis” (Öz), “Mülk” (Seyidbəyli Film).

Qısametrajlı bədii film layihələrinin siyahısına isə “Qaranquş yuvası” (C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası), “Velosiped sürmək üçün uğurlu gün” (Buta Film), “İkimiz” (Karvan Production), “Yandırmaq da sənlik” (Propaganda), “Yaddaşın tozu” (Devfilm), “Rüzgarın melodiyası” (Navis), “İlbiz” (Cinema Art) daxildir.

Pitçinq zamanı layihələri təqdim edən şirkətlərin təmsilçiləri – prodüserlər, rejissorlar, ssenari müəllifləri layihəyə baxışlarını açıqlayıb və Komissiya üzvlərini maraqlandıran suallara cavab veriblər.

Sentyabrın 30-da pitçinqin 2-ci mərhələsi çərçivəsində sənədli, bədii-sənədli və animasiya filmləri layihələrinə baxış keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları nasaz hesab etməzdi

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin