Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/23/2025

Paylaşın

GÜNDƏM

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Şah Abbas Namə” tamaşasının premyerası keçirilib.

Baki-baku.az xəbər verir ki, iyunun 21-də və 22-də yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanan “Şah Abbas Namə” adlı tamaşasının premyerası baş tutub.

Premyera günlərində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assisentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.

Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli iştirak edirlər.

Dördhissəli tarixi-psixoloji dram “Şah Abbas Namə” tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Rejissorun bədii baxışı ilə təqdim olanan səhnə əsərində tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran

Ən son

CƏMIYYƏT

“Din və ateizm arasında dialoq mümkündür və hətta zəruridir”.

CƏMIYYƏT

“Din və ateizm arasında dialoq mümkündür və hətta zəruridir”.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin