İndi inanmaq çətin olsa da bir vaxtlar ABŞ-də valideynlər övladlarını poçt vasitəsilə qohumlarının yanına göndərirdilər.
Baki-baku.az xəbər verir ki, 1913-cü ildə Ohayo ştatında yaşayan bir ailə səkkiz aylıq körpəsini nənəsinin yanına göndərmək üçün poçt xidmətindən istifadə edib. Körpənin çatdırılması cəmi 15 sentə başa gəlib. Üstəlik, valideynlər uşağı 50 dollara sığortalayıblar.

1914-cü ildə isə beş yaşlı Mey Pirstorff Aydaho ştatında təxminən 117 kilometr uzaqlıqda yaşayan nənəsi və babasının yanına poçtla göndərilib. Poçt markaları onun paltarına yapışdırılıb, uşağı isə poçt işçisi müşayiət edib.
Əlbəttə, uşaqları bağlamalara qoymurdular. Sadəcə, poçt əməkdaşları onları lazım olan ünvana aparırdılar.
Bu qeyri-adi hallardan sonra poçt rəhbərliyi insanların poçt göndərişi kimi qəbul edilməsinə qadağa qoyub.
Hacı Cavadov