Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2026

Paylaşın

GÜNDƏM

“Azərbaycan florasının konspekti” – fundamental elmi nəşr işıq üzü görüb

“Azərbaycan florasının konspekti”

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Botanika İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan florasının konspekti” adlı fundamental elmi əsər nəşr olunub.

İnstitutdan Baki-baku.az-a bildirilib ki, nəşrin ideya və proqram rəhbəri Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva, redaktorları Tariyel Talıbov və Aydın Əskərovdur. Kitaba professor Ahmet Aksoy və professor Elman İsgəndər rəy verib.

Əsərdə Azərbaycanda yayılan növlər “Azərbaycan florası” çoxcildliyinə, yeni tapıntılara, herbari fondlarında saxlanılan nümunələrə, son nomenklaturalara əsaslanan (World Flora Online; APG I-IV) təsvirlərlə verilib və yayıldığı botaniki-coğrafi rayonlar yeni bölgü üzrə qeydə alınıb.

Azərbaycan florasının yeni konspekti 159 fəsilə, 1089 cins və 5076 növlə təmsil olunur. Kitabda Azərbaycan florasının müxtəlifliyi və botaniki-coğrafi yayılması, əvvəlki və yeni nomenklaturaya əsaslanan ikili adlar, ölkəyə gətirilən bitkilər, bitkilərin latın adlarının müəllifləri yer alıb.

Kitabda Azərbaycanın fitocoğrafi bölgələri və xarakterik bitkiləri haqqında məlumat verilir, şöbə, sinif və sıraya aid bütün fəsilələrin sintaksonomik bitki birlikləri qeyd olunur, hətta aşağı səviyyələr (növ, yarımnöv, variasiya və s.) əhatə edilir. Bu əsərdə Azərbaycanın bütün ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkiləri, o cümlədən landşaftlarda təbiiləşən və yol kənarlarında tez-tez əkilən meyvə və ya kənd təsərrüfatı bitkiləri də daxil edilib.

“Azərbaycan florasının konspekti” gələcəkdə “Azərbaycan florası” çoxcildliyinin yeni nəşrinin hazırlanması üçün əsas mənbələrdən biri kimi istifadə olunacaq. Eyni zamanda, bitki müxtəlifliyinin öyrənilməsi, gənc botaniklərin yetişdirilməsi və bitkilərin tanıdılmasında faydalı elmi vəsait olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sentyabrın 11-də Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin