Bakıda pərakəndə satış qiymətləri isə bazardan, satış məntəqəsindən və məhsulun keyfiyyətindən asılı olaraq dəyişir.
Bunu Baki-baku.az-a müsahibəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib.
O bildirib ki, qiymətlərin qarşıdakı aylardakı gedişini əvvəlcədən dəqiq söyləmək çətindir: “Buna məhsulun bazara çıxma həcmi, keyfiyyəti, ixrac tələbi və satış kanallarındakı vəziyyət təsir edir. Fermerlərin daha yüksək qiymət gözləntisi ilə alıcıların bazar şərtlərinə uyğun təklifləri arasında mövsümün əvvəlində müəyyən fikir ayrılıqları da yarana bilir”.
Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz.