Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/23/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanın əmək bazarında yeni imkanlar: Saatlıq əməkhaqqı nəyi dəyişəcək?

Saatlıq əməkhaqqı, Vüqar Bayramov

Azərbaycanda gələn ildən saatlıq minimum əməkhaqqı mexanizminin tətbiqinə başlanılacaq. İlkin mərhələdə kənd təsərrüfatı, turizm və ictimai iaşə sektorlarını əhatə edəcək yeni sistem sonrakı mərhələlərdə iqtisadiyyatın digər sahələrində də tətbiq olunacaq. Dəyişikliklər həm işçilərin əmək hüquqlarının qorunmasına, həm də qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsinə imkan yaradacaq.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baki-baku.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər yalnız minimum aylıq əməkhaqqının deyil, eyni zamanda saatlıq minimum əməkhaqqının da müəyyənləşdirilməsini nəzərdə tutur.

O qeyd edib ki, yeni mexanizm bir neçə saatlıq işə cəlb olunan şəxslərlə rəsmi əmək müqaviləsinin bağlanmasına şərait yaradacaq. Belə ki, mövcud qaydalara əsasən, qısamüddətli işlərə cəlb edilən şəxslərlə əməkhaqqı müqaviləsinin bağlanması müəyyən çətinliklər yaradırdı.

Vüqar Bayramov nümunə olaraq turizm sektorunda fəaliyyət göstərən bələdçiləri göstərib. Onun sözlərinə görə, bələdçilər bəzən yalnız bir neçə saatlıq xidmət göstərirlər. Yeni sistem isə belə işçilərlə saatlıq əmək müqaviləsi bağlamağa və işlədikləri vaxta uyğun ödəniş etməyə imkan verəcək.

Deputat bildirib ki, saatlıq minimum əməkhaqqı mövcud minimum aylıq əməkhaqqının ay üzrə iş saatlarına bölünməsi nəticəsində alınan məbləğdən daha yüksək olacaq. Bu da saatlıq müqavilə ilə çalışan şəxslərin daha yüksək əməkhaqqı əldə etməsinə şərait yaradacaq.

Onun sözlərinə görə, yeni mexanizm qeyri-rəsmi məşğulluğun azalmasına, işçilərin əmək hüquqlarının qorunmasına və onların gələcək pensiya təminatı üçün pensiya kapitalının formalaşmasına da müsbət təsir göstərəcək.

Vüqar Bayramovun fikrincə, dəyişikliklər işəgötürənlər üçün də müəyyən üstünlüklər yaradacaq. Belə ki, indiyədək işəgötürən bir neçə saatlıq iş üçün belə aylıq əmək müqaviləsi bağlamaq məcburiyyətində qalırdı. Bu isə sosial sığorta və vergi ödənişlərinin hesablanmasında əlavə xərclərə səbəb olurdu. Yeni mexanizm çərçivəsində isə sosial və digər vergi ödənişlərinin faktiki işlənmiş saatlara uyğun həyata keçirilməsi nəzərdə tutulur.

Deputat hesab edir ki, bu, işəgötürənlərin xərclərini azaldacaq, onları əmək müqaviləsi bağlamağa təşviq edəcək və eyni zamanda işçilərin daha yüksək gəlir əldə etməsinə imkan verəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başqasının həyatını izləmək bəzən öz həyatına baxmaqdan daha asan gəlir.

Ən son

GÜNDƏM

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baki-baku.az-a açıqlamasında bildirib.

GÜNDƏM

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baki-baku.az-a açıqlamasında bildirib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin