Bakı 2030-cu ildə Ümumdünya Tekstil Konqresinə ev sahibliyi edəcək.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Tekstil Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndəsi Fəridə Axundova Belarus yüngül sənaye istehsalçılarının Bakıda keçirilən işgüzar görüşü zamanı bildirib.
“Bir il yarım ərzində apardığımız fəal iş nəticəsində 2030-cu il Ümumdünya Tekstil Konqresinin Azərbaycanın paytaxtında keçirilməsinə nail olduq. Beləliklə, Bakı Misir, Mərakeş və Türkiyə kimi əhəmiyyətli dövlətlərlə bir sırada qərarlaşıb”, – F.Axundova qeyd edib.
O, həmçinin əlavə edib ki, konqresin keçirilməsi çərçivəsində Azərbaycan 500-ə yaxın nümayəndə qəbul etməyi nəzərdə tutur.