Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/23/2026

Paylaşın

İdman

Bakı “Barselona”nın avrokuboklar tarixində ən uzaq səfəri olacaq

"Barselona"

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının V turunda “Sabah”la qarşılaşmaq üçün bu gün Azərbaycana yollanacaq.

Baki-baku.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı Kataloniya təmsilçisinin Avropa turnirləri tarixində ən uzun məsafəli səfəri kimi qeydə alınacaq.

Hazırkı ölkə çempionu Barselonadan 3970 kilometr aralıda yerləşən şəhərdə “Sabah”ın qonağı olacaq.

İndiyədək rekord Rusiyanın Kazan şəhərinə (3725 kilometr) məxsus idi. Pep Qvardiolanın baş məşqçiliyi dövründə komanda ardıcıl iki mövsüm – 2009 və 2010-cu illərdə qrup mərhələsində “Rubin”in stadionunda meydana çıxıb və hər iki görüş heç-heçə başa çatıb.

Üçüncü pillədə isə İsrailin Beer-Şeva şəhəri (3114 kilometr) qərarlaşıb. “Barselona” 1995-ci il sentyabrın 12-də burada UEFA Kubokunun I mərhələsinin ilk matçında “Hapoel” kollektivinə 7:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq

Ən son

İdman

Baki-baku.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

İdman

Baki-baku.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin