Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/08/2025

Paylaşın

GÜNDƏM

ABŞ məhkəməsində ölü “şahid” olub

Arizona ştatında məhkəmə zalında baş verən bir hadisə texnologiya və hüquq sisteminin qarşılıqlı əlaqəsində dönüş nöqtəsi ola bilər.
Baki-baku.az xəbər verir ki, təxminən dörd il əvvəl yol münaqişəsi zamanı öldürülən bir kişi yenidən “danışdı” – bu dəfə məhkəmə zalından, ekrandan, süni intellektlə yaradılmış rəqəmsal avatar kimi.
Mərhum Kristofer Pelkinin məhkəmə prosesi zamanı onun qatili üzərində göstərilən video çıxışı, qurbanın səsi süni intellekt vasitəsilə bərpa olunaraq cinayətin təsiri haqqında danışdığı ilk tarixi hadisə oldu.
Məhkəmə və ictimaiyyətin qarşısında ekranda Pelkinin virtual obrazı peyda olub. Süni şəkildə bərpa olunmuş səslə deyib: “Başqa bir həyatda bəlkə də dost ola bilərdik… Mən bağışlamaya və bağışlayan Allaha inanıram.”
Hakim Todd Leng videonun təsirini “dərin şəkildə duyğulandırıcı” kimi qiymətləndirdi və prokurorluğun istədiyindən daha sərt hökm çıxardı: təklif olunan 9,5 il əvəzinə 10 il yarım həbs cəzası. Bu presedent təkcə emosional bir jest deyil, məhkəmənin yekun qərarına təsir edən amil oldu.
Qeyd edək ki, 2021-ci ildə 37 yaşlı Pelki, Arizona ştatının Çandler şəhərində 50 yaşlı Qabriel Xorkasitas tərəfindən güllələnmişdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində

Ən son

GÜNDƏM

Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb. Platformanın

GÜNDƏM

Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb. Platformanın

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin