Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/27/2026

Paylaşın

HƏR ŞEYDƏN

Bethoven və Linkolnun üz cizgilərini qoruyan qəliblər

1860-cı ildə amerikalı heykəltəraş Leonard Volk Avraam Linkolnun büstünü hazırlamaq istəyirdi. Gələcək prezidentin isə tez-tez Çikaqodakı emalatxanaya gəlib saatlarla heykəltəraşın qarşısında oturmağa vaxtı yox idi. Volk çıxış yolunu Linkolnun üzündən gips qəlib götürməkdə gördü.

Bu üsulla portret iki mərhələdə hazırlanırdı. Əvvəlcə heykəltəraş insanın üzünə nəm gips çəkir, bərkidikdən sonra onu ehtiyatla çıxarırdı. Qəlibin iç tərəfində üzün tərs izi qalırdı. Məsələn, burnun yerində çökəklik alınırdı. Usta həmin qəlibə gips tökəndə isə üzün həqiqi ölçüdə surəti yaranırdı. Belə bir maska ilə heykəltəraş işini təkbaşına davam etdirə, istədiyi vaxt yanağın əyriliyinə, dodaqların formasına yandan da baxa bilirdi.

Linkolnun üzündəki gipsin bərkiməsi təxminən bir saat çəkmişdi. Volkun xatirələrinə görə, ən çətin məqam qəlibi çıxaranda olmuşdu. Linkoln başını önə əyib qəlibi öz əlləri ilə yavaş-yavaş üzündən ayırmışdı. Gips gicgahındakı incə tükləri dartdığı üçün hətta gözləri yaşarmışdı. Sonralar bu maskanın surətlərindən Linkolnun portretini çəkən rəssamlar da istifadə etdilər.

Linkolndan təxminən yarım əsr əvvəl Lüdviq van Bethoven də belə bir seansa razılıq vermişdi. 1812-ci ildə Vyanada heykəltəraş Frans Klayn bəstəkarın üzündən qəlib götürüb onun əsasında büst hazırlamışdı. Sonralar Bethovenin bir çox portreti məhz bu maska əsasında yaradıldı. Beləcə, bəstəkarı ömründə görməmiş sənətkarlar da onun üz cizgilərini yaxından öyrənə bildilər.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, hər il təşkil olunan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sabahdan şəhər sakinləri üçün

Ən son

HƏR ŞEYDƏN

1860-cı ildə amerikalı heykəltəraş Leonard Volk Avraam Linkolnun büstünü hazırlamaq istəyirdi. Gələcək prezidentin isə tez-tez

HƏR ŞEYDƏN

1860-cı ildə amerikalı heykəltəraş Leonard Volk Avraam Linkolnun büstünü hazırlamaq istəyirdi. Gələcək prezidentin isə tez-tez
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin