Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/21/2026

Paylaşın

GÜNDƏM

Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?

Bakıda “Gənclik”, “Nərimanov” və “Koroğlu” metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.
Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.
Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də “Gənclik”, “Nərimanov” və “Koroğlu” metro stansiyaları ətrafında sıxlığın azalması gözlənilir.
Layihə çərçivəsində 5 yol qovşağının, 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.
AAYDA-nın məlumatına görə, hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi icra olunub. Tunellərdə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərində isə 82 faizi tamamlanıb.
Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər davam etdirilir.
Yeni avtomobil yolu paytaxtın müxtəlif istiqamətləri arasında hərəkət imkanlarını genişləndirməklə yanaşı, mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradacaq.
Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib.

Ən son

GÜNDƏM

20 oktyabr 2026-cı il tarixində, Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Süni

GÜNDƏM

20 oktyabr 2026-cı il tarixində, Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Süni
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin