Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/21/2026

Paylaşın

GÜNDƏM

“L’Opinione”: Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək

IMG-20261021-WA0093

Bakıda oktyabrın 27-29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm hadisə və “Bakı prosesi” təşəbbüsünün aparıcı beynəlxalq platformalarından biri olacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə İtaliyanın “L’Opinione” nəşrinin məqaləsində bildirilib.

Müəllif qeyd edib ki, ötən il Azərbaycanla Ermənistan arasında mühüm sülh prosesi başlandıqdan sonra regionun yeni sülh və sabitlik mərhələsinə qədəm qoyması fonunda forumun Bakıda keçirilməsi xüsusi rəmzi məna kəsb edir.

“Beləliklə, region (Cənubi Qafqaz – red.) dialoq və diplomatiyanın onilliklər boyu davam edən gərginliyi necə aradan qaldıra biləcəyini nümayiş etdirir”, – məqalədə bildirilib.

Nəşr qeyd edib ki, forumun builki mövzusu – “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin salınması” – nəzəri müzakirələrdən qlobal parçalanmanın aradan qaldırılmasına və xalqlar, mədəniyyətlər, dinlər və dövlət təsisatları arasında dialoqun bərpasına yönəlmiş konkret praktiki fəaliyyətlərə keçidin zəruriliyini əks etdirir.

“Qloballaşmanın öz həssaslığını nümayiş etdirdiyi bir dövrdə Bakı forumu müxtəlifliyin təcridolunma və münaqişələrə səbəb olmamalı olduğunu bir daha vurğulayacaq. Əksinə, o, ortaq, firavan və təhlükəsiz gələcəyin qurulması üçün mühüm resurs və strateji alətdir. Təşkilatçılar və beynəlxalq tərəfdaşlar üçgünlük forumdan böyük ümid bəsləyir, gənc nəslin fəal iştirakı ilə yeni tərəfdaşlıq mexanizmlərinin və transmilli əməkdaşlıq layihələrinin hazırlanacağına ümid edirlər. Gənclərin ictimai-siyasi proseslərdə və qərarların hazırlanmasında iştirakı üçün real imkanların yaradılmasına xüsusi əhəmiyyət veriləcək”, – məqalədə vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, memorandumu “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov

Ən son

HƏR ŞEYDƏN

Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları

HƏR ŞEYDƏN

Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin